“SMS-lə icazə bərpa olunsun, bəzi iş yerləri bağlansın” — Deputat


SOSİAL 25 noy 2020, 16:30
“Azərbaycanda karantin rejimi sərtləşdirilməlidir, əks halda qarşısıalınmaz fəsadlarla üzləşəcəyik”.

Bunu son günlər koronavirusa yoluxma tempində artımla bağlı suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat deyib ki, hökumət tərəfindən lazımi tədbirlər görülsə də, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus çox şiddətlə artır:

“Yoluxanlar arasında ölənlərin də sayı durmadan artır. Ona görə hesab edirəm ki, biz təcili şəkildə sərt tədbilərə keçməliyik. Artım bu templə davam edərsə, dərman qıtlığı yarana bilər. Onsuz da xəstəxanlarda yer qıtlığı var. Həkim və tibb bacılarının enerjisi tükənir, onlar arasında da yoluxanlar var. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi şəkildə düşünməli və sərt karantin rejiminə keçilməlidir.

Əsas diqqət insanlar arasında kontaktların azaldılmasına yönəldilməlidir ki, şəhərdə, küçələrdə, ictimai nəqliyyatda az adam olsun. Müəyyən iş yerləri tamamilə bağlanmalı, müəyyən iş yerləri növbəli rejimə keçməlidir. Şənbə-bazar tətbiq edilən qadağalar dörd günə qaldırıla bilər, SMS icazə formasına yenidən baxmaq olar, 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin iki həftə ərzində küçəyə çıxmasına qadağa qoya bilərik.

Kafe-restoranların, ictimai iaşə müəssisələrinin iş saatını azaldıb, onlayn sifarişləri artırmaq olar. Marketlərə onlayn rejimdə xidmət göstərmələri tövsiyə edilə bilər. İki həftəlik Bakıya giriş-çıxışa qadağa tətbiq etmək olar. Ancaq bu yolla virusa yoluxmanı azalda bilərik”.(modern.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top