"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

İDMAN 24 noy 2020, 15:55

Türkiyənin "Qalatasaray" klubunun oyunlarının birində İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.


Demokrat.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə feysbuk səhifəsində yazıb. O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb.


Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.


Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.


Məmmədovun isə səs yazısı yayıb. O həmin səs yazıda bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top