147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...


SOSİAL 24 noy 2020, 13:13

147 saylı məktəbin ingilis dili müəlliməsi Mehbarə Abdullayevə şagirdin valideynini təhqir edib. 


Bununla bağlı 147 saylı məktəbin "6C" sinfinin şagirdi Nihat Abdullayevin anası Janna Quliyevə Demokrat.az-a şikayətlə müraciət edib. 


Şagirdin anası Janna Quliyevə müraciətində qeyd edir ki, oğlunun sinif rəhbəri olan Mehbarə Abdullayevə onu "erməni" adlandırıb:


"Onlayn valideyn iclası zamanı Mehbarə Abdullayevə məni təhqir edərək, Janna adının erməni adı olduğunu təkidlə bildirib. Buna görə mən Mehbarə Abdullayevədən 147 saylı məktəbin direktoruna şikayət etmişəm. Məktəb direktoru bildirib ki, müəllimə Mehbarə Abdullayevə səhvinə görə məndən üzr istəyəcək. Amma Mehbarə Abdullayevə məni təhqir etdiyi üçün hələ də məndən üzr istəməyib".


Valideyn Janna Quliyevə məsələ ilə bağlı Təhsil naziri Emin Əmrullayevə də şikayət edəcəyini söyləyib. 


Demokrat.az
   



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top