ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır


DÜNYA 24 noy 2020, 09:22

ABŞ-ın Miçiqan ştatı prezidentliyə namizəd Co Baydenin qələbəsi rəsmi olaraq təsdiqləyib.


Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.


Qeyd olunub ki, Bayden ştatda hazırkı dövlət başçısından 150 min çox səs toplayıb. Bununla da, Bayden Miçiqan ştatında 16 seçici səsi alıb.


Artıq demokratın keçid komandası yaxın günlərdə hazırkı prezident Donald Trampın administrasiyasındakı federal departament nümayəndələri ilə səlahiyyətlərin ötürülməsi ilə bağlı danışıqlara başlayacaq.


Tramp isə öz növbəsində, ABŞ Administrasiyasının Ümumi İşlər İdarəsinin rəhbəri Emili Mörfiyə və administrasiyasının üzvlərinə səlahiyyətlərin növbəti rəhbərliyə təhvil verilməsinə dair ilkin prosedurlarla əlaqədar lazım olanı etməyi tövsiyə edib.


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top