Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

DÜNYA 23 noy 2020, 11:49

Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 126 709-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 24 nəfər artaraq 1 976-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95 099 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top