Beyləqanda 4 avtomobil alovlandı

HADİSƏ 22 noy 2020, 10:47

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yanğın olub.


Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, ümumi sahəsi 60 kvadrat metr olan talvarın yanar konstruksiyaları və altında  təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və “Mercedes” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.


Avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.


Yanğın söndürülüb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top