Kamil Zeynallı: “Elə bildim məni əsir götürüblər” — VİDEO

ŞOU-BİZNES 20 noy 2020, 11:07

Tanınmış fitness məşqçisi Kamil Zeynallı Füzuli rayonunda əsgərlərlə birgə keçirdiyi gün barədə danışıb.

 
Demokrat.az xəbər verir ki, cəbhə bölgəsindən görüntüləri sosial şəbəkə hesabında paylaşan idmançı başına gələn maraqlı hadisəni yazıb: “Yerdə yataq kisəsinin içinə girib “zamok”u da çəkib yatmışdım. Düz 3 saata yaxın yatmışam, gecə yatmamışdıq, səhərəyaxın 7-də gəlib çıxmışdıq. Torpaqda yatmağın da öz ləzzəti olur. Nə isə, bir də ayılanda gördüm ki, başımın üstündə 7-8 nəfər silahlı erkək dayanıb, elə bildim əsir düşmüşəm çünki yuxulu və yorğun idim, sonra gördüm ki, bizim dildə danışırlar. Dedim həqiqətən sizsiniz? Beynim bir anlıq donmuşdu”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top