Qız və oğlan şagirdlərin çılpaq videosu yayıldı - Çılpaq vəziyyətdə tualetdə...


DÜNYA 02 noy 2018, 11:19

İstanbulun Tuzla rayonunda bir binanın damında müəllimin məktəbdə qız və oğlan şagirdlərini döyüb, çılpaq halda tualetə apardığı kadrları azyaşlıların ailələrinin barışmaz mövqe ortaya qoymalarına səbəb olub.

Demokrat.Az Milli.Az-a istinadən xəbər verir ki, uşaqların başına gələnlərlə bağlı şahidin məhkəmədə dedikləri tükürpədib.
 
Həmin kadrları kamerayla çəkən qadın "Müəllimin uşaqları dəfələrlə vurduğunu və şagirdlərin çılpaq halda tualetə aparıldığını görmüşəm" deyib. Zeynep Atasever adlı qadın bu halın dəfələrlə şahidi olduğunu sözlərinə əlavə edib.

Məktəb direktoru Güler Mertin məhkəmə qarşısında 1 ildən 9 ilə qədər həbsi tələbi qaldırılıb.

Şahid Atasever "Mənim də övladım var, susa bilməzdim" deyib.

İddianamədə şübhəlinin 30 şagirdə işgəncələr verdiyi qeyd edilib.

 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top