"Mənim yanımda şkaf kimi oğlan dayanmalıdır" - Məclislərə mühafizəçi ilə gedən Şəbnəm - VİDEO


ŞOU-BİZNES 01 noy 2018, 16:26

Müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı olub.

Getdiyi toy və məclislərə mühafizəçi ilə qatılan xanım ifaçı buna aydınlıq gətirib. O bildirib ki, toylardakı içkili şəxslərin artıq-əskik hərəkətlərindən qorunmaq üçün məclislərə mühafizəçisi Xəyal ilə gedir:
 

"Mən elə ona görə kişi məclislərinə getmirəm. Çünki içkili adam yaxınlaşıb nəsə söz demək istəyir, bu da mənə xoş gəlmir. Vasif Əzimov kimi sənətçi dostlarımla toylara gedəndə o məni qoruyur, mənə yaxınlaşıb nəsə demək istəyən sərxoş şəxslərin qarşısına kəsir. Amma şou-biznesdə bəzi kişi sənətçilər var ki bunu etmir. Mən də buna görə mühafizəçi ilə gəzirəm. Mənim yanımda şkaf kimi oğlan dayanmalıdır. Sonra da deyirlər ki, Şəbnəm yekəxanadır. Şəxsən kiminsə mənə yaxınlaşıb nəsə deməsi xoşuma gəlmir" (big.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 yan 2021, 01:27
16 yan 2021, 23:39
Top