Koronavirus peyvəndinin yaradıcısı: "Həyat gələn qışdan etibarən normala qayıdacaq "

DÜNYA 16 noy 2020, 00:49

Koronavirusa qarşı peyvənd kəşf edən Biontech şirkətinin baş direktoru professor Uğur Şahin peyvəndin təsirinin yay aylarında daha aydın şəkildə özünü göstərəcəyini və gələn qışa qədər həyatın normallaşacağını söyləyib.

 

Demokrat.az BBC Türkcəyə istinadən xəbər verir ki, bu qış koronavirusla mübarizə baxımdan dünya üçün  çətin keçəcək. U.Şahinin sözlərinə görə, buna səbəb bu qış peyvəndin xəstəlik sayı üzərində böyük bir təsirinin olmayacağıdır.  


Biontech və Pfizer şirkətləri açıqlayıb ki, keçən həftə keçirilən testlərdəki ilk analizlər peyvənd edilən şəxslərin 90 faizinin  Covid-19-a yoluxmasının qarşısını alacağını göstərib. Testlər təxminən 43 min adamı əhatə edib. Peyvənd üç həftəlik fasilə ilə iki dozada verilir.


BBC-də yayımlanan Endru Marr Şou proqramına qatılan Şahin deyib ki, peyvənd xəstəliyin başqasına yoluxmasını azaldacaq və peyvənd olunmuş bir insanda simptomların inkişafının qarşısı alınacaq. "İnanıram ki, bu qədər təsirli bir peyvəndlə insanlar arasında yoluxma azalacaq. Bəlkə yüzdə 90 olmasa da, yüzdə 50 faiz həcmində olacaq. Ancaq unutmayaq ki, bu, epidemiyanın yayılmasında böyük bir azalma gətirəcək", - bunu da professor deyib.

 

Prof Ugur Sahin

 

İlk təsirli koronavirus peyvəndinin tapılması elanından sonra Oksford Universitetinin professoru Con Bell, bu yaz həyatın normala dönə biləcəyini söyləmişdi. Lakin Şahin bunun daha uzun müddət davam edəcəyini bildirdi. Onun sözlərinə görə, hər şey yaxşı olarsa, peyvəndin paylanması bu ilin sonunda və gələn ilin əvvəlində başlaya biləcək.  


Şahin məqsədlərinin aprel ayına qədər dünyada 300 milyon doza paylamaq olduğunu və bunun yalnız "ilk müddətdə təsirli olmağa" hesablandığını bildirib. Daha böyük təsirin bir müddət sonra görüləcəyini deyən Şahin bildirib: "İnfeksiyaya yoluxma statistikasının azalmasında gələn yay aylarının bizə kömək edəcəyi gözlənilir. Bu da o deməkdir ki, gələn ilin payız-qış aylarında yüksək faizdə peyvənd olunma statistikasına yüksələcəyik".

 

aşı

 

Şahin bütün peyvənd proqramlarının gələn payız aylarından əvvəl tamamlanmasının çox vacib olduğuna diqqət çəkib.


Peyvəndin yaşlılarda da gənclər qədər təsirli olub-olmaması sualını cavablandıran Şahin qarşıdakı üç həftə içində daha konkret bir nəticəyə gələcəklərini vurğulayıb.


Professor izah edib ki, peyvəndin ikinci dozasından sonra immunitetin nə qədər davam edəcəyi məlum deyil, ancaq bir il ərzində immunitet düşərsə, əlavə bir peyvənd etmək çox çətin olmamalıdır.


Şahin peyvəndin əsas yan təsirlərinin peyvənd yerində bir neçə gün ağrı və bəzi insanlarda bir neçə gün davam edən yüngül qızdırma olduğunu deyib. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top