Azərbaycanda koronavirusdan sağalanların sayı 53 mini keçdi

SOSİAL 14 noy 2020, 10:27

Azərbaycanda koronavirusa yoluxan 71 580 nəfərin 53 001-i sağalıb, 927-si isə ölüb. 


Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.


Dünyada 53 746 944 nəfərdə koronavirus aşkarlanıb.


Virusdan 1 309 408 xəstə ölüb, 37 523 973 nəfər sağalıb.


Asiyada 14 908 040, Avropada 13 489 258, Şimali Amerikada 13 073 207, Cənubi Amerikada 10 272 525, Afrikada isə 1 961 096 nəfərdə koronavirus aşkarlanıb.


Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (11 064 364 nəfər), Hindistan (8 773 479 nəfər), Braziliya (5 819 496 nəfər), Fransa (1 922 504 nəfər) və Rusiyadır (1 880 551 nəfər).


İranda 738 322, Türkiyədə 407 939, Ermənistanda 114 383, Gürcüstanda isə 73 154 nəfərdə koronavirus müəyyən edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top