Fəxrəddin Abbasovun intiharı ilə bağlı açıqlama: "Şuşanın işğaldan azad olunmasından sarsıntı keçirərək özünə qəsd edib"


HADİSƏ 13 noy 2020, 16:08

9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd etmiş, Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilmişdir. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Bu barədə Demokrat.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.


Məlumatda qeyd edilir ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl atıb:


"Qeyd edilməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib.


Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır".



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top