Bu ölkə Azərbaycanı itirə bilər: “Ya bizdən üzr istəməlidir, ya da…”

GÜNDƏM 12 noy 2020, 13:12

“Minsk Qrupunda həmsədr dövlət kimi Fransa son 28 ildə münaqişənin çözülməsi üçün heç nə etmədi”.


Demokrat.az  xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.


Jurnalist ATƏT-in Minsk Qrupunun üzvü olan Fransanın Azərbaycana qarşı kobud səhvə yol verdiyini bildirib:


“Fransanın indiki hakimiyyəti Ermənistanın iki il əvvəlki iqtidarını xatırladır. Fransa Prezidenti Emmanuel Makron eynən iki il əvvəlki Nikol Paşinyan kimi davranır. Rəsmi Paris aşkar və açıq şəkildə Ermənistanı dəstəkləyir, terrorçuları ruhlandırmağa çalışır. Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian düzgün mövqedə olsaydı, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr olduğunu unudaraq Azərbaycanla az qala ultimativ tərzdə danışmaz, Ermənistanı dəstəkləməz, yaydığı bəyanatda Şuşanı “Şuşi” adlandırmazdı. Drian bunu qəsdən edir, Bakını qıcıqlandırmağa çalışır, qarabağlı terrorçulara “siz tək deyilsiniz” mesajını verir.


Minsk Qrupunda həmsədr dövlət kimi Fransa son 28 ildə münaqişənin çözülməsi üçün heç nə etmədi. Tam əksinə, fransalı siyasətçilər, deputatlar, mass-media mənsubları Xankəndinə davamlı səfərlər etdilər, oradakı artıq sabiq terrorçu xuntanın rəhbərləri ilə görüşdülər. Anlayıram, rəsmi Paris üçün Fransadakı erməni diasporunun seçkilərdəki səsləri çox önəmlidir. Amma rəsmi Paris Azərbaycanın toponimlərinə aşkar sayğısızlıq edərək ölkə şəhərlərini ermənilərin uydurma adları ilə adlandırır”..


Elçin Alıoğlu hesab edir ki, Fransa XİN-i buna görə ya üzr istəməlidir, ya da önəmli strateji, siyasi və iqtisadi partnyor qismində Azərbaycanı itirəcəyi reallığı ilə barışmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top