Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?


SİYASƏT 11 noy 2020, 20:32

"Türkiyənin mərkəzdə olması bir daha Azərbaycan üçün verilən məlumatların konkret və dürüst olmasından xəbər verəcək".


Demokrat.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu NağıyevRusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı imzalanan müqaviləyə aydınlıq gətirərkən deyib. Deputat yaradılan koordinasiya mərkəzinin mühüm əhəmiyyət kəsb edən məsələ olduğunu vurğulayıb:


"Çünki onlar həm monitorinq aparacaqlar, həm də koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər. Biz Türkiyəyə tam inanırıq. Eyni zamada Rusiya ilə Türkiyə arasında imzalanan müqavilədə belə müddəalar var ki, sülhməramlı qüvvələr birmənalı şəkildə ancaq öz funksiyalarını həyata keçirəcək".


Arzu Nağıyev qeyd edib ki, alınan hər bir xırda detal barədə məlumat koordinasiya mərkəzinə veriləcək:


"Və oradan da Azərbaycan Prezidentinə ötürülməlidir. Mərkəzin əsas işlərindən biri budur. İkinci məsələ, Türkiyə ilə Rusiya arasında belə bir müqavilənin imzalanması praktikası var. Çünki Suriyada da onlar birgə patrul xidməti aparmaqla bağlı belə bir müqavilə imzalamışdılar. Məsələn, bizdə Laçın koridoru var. Əgər Rusiya birmənalı şəkildə onun təhlükəsizliyini təmin edəcəksə, alınan hər bir məlumat koordinasiyalı şəkildə təhlil olunub dövlət rəhbərinə göndəriləcək".


Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb. Müqavilə haqqında açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacaq. Atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”,- deyə qeyd edib.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top