Bayden məhkəmədən təcili olaraq seçkilərdə qalib kimi tanınmasını tələb edəcək

DÜNYA 10 noy 2020, 11:29

ABŞ-da prezident seçkilərində qalib gələn demokrat Co Baydenin komandası nəticələrin rəsmi elanını təxirə salan Ümumi Xidmətlər İdarəsini (GSA) məhkəməyə verməyi düşünür.


Bu barədə “Reuters” xəbər verir.


Qeyd edək ki, GSA keçid dövrü və səlahiyyətlərin vəzifədən gedən prezidentdən növbəti dövlət başçısına keçməsindən məsuldur. Bu proseduru başlatmaq üçün, qalibin rəsmi olaraq tanınması lazımdır. Baydenin Qərargahı bunun mümkün qədər tez həyata keçməsini istəyir. GSA rəhbəri Emili Mörfi isə hazırkı ABŞ Prezidenti Donald Trampın əsas ştatlarda seçkinin nəticələri ilə bağlı şikayətini verməyincə müvafiq məktubu imzalamaqdan imtina edir.


Mörfinin qərarı olmadan Bayden və komandası maliyyələşə və departamentlərlə kommunikasiyalara başlaya bilməz.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top