ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”

DÜNYA 09 noy 2020, 18:58

Koronavirus pandemiyası səhiyyə sferasında adi fövqəladə vəziyyət olmaqdan çıxıb.


TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus bəyan edib.


“Biz fövqəladə vəziyyətdə insanları qorumağa borcluyuq, lakin COVID-19 pandemiyası artıq fövqəladə vəziyyət olmaqdan çıxıb”, - deyə o bildirib.


O, həmçinin vurğulayıb ki, pandemiya dünyadakı digər xəstəliklərlə - Qabon və Toqoda “sarı qızdırma”, Çadda “çikungunya qızdırması”, Meksikada “qızılca” ilə mübarizəyə mənfi təsir göstərir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top