Türkiyədə son sutkada koronavirusdan 68 nəfər öldü

DÜNYA 25 okt 2020, 22:31

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 68 nəfər ölüb.


Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.


Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 215 şübhəli koronavirus testindən keçib, onlardan 2017-nin cavabı pozitiv çıxıb, 1297 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1744 nəfər olub.


Türkiyədə ümumilikdə 361 801 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9799 nəfər ölüb. /APA

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top