Ərdoğan: “Öz torpaqlarını işğaldan azad edən Azərbaycanın yanındayıq”

GÜNDƏM 25 okt 2020, 17:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı Azərbaycanın yanında olduğunu açıqlayıb.


Bu barədə “Haber Global” məlumat yayıb.


“Öz torpaqlarını işğaldan azad edən Azərbaycanın yanındayıq”, - deyə Türkiyə prezidenti vurğulayıb.


Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Qarabağ məsələsində Bakıya dəstəyini ifadə edib. Bundan əvvəlki çıxışı zamanı o, Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək mübarizəsinə bütün qəlbi və imkanları ilə dəstək verdiklərini və bundan sonra da verməyə davam edəcəklərini bildirmişdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top