Nazirlik: "Ordumuz qələbə əzmi ilə döyüşləri davam etdirir"

SİYASƏT 22 okt 2020, 19:35

“Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”.

 

Demokrat.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

 

O qeyd edib ki, Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir: “Qələbə bizimlədir!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top