Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100-ü ötdü

DÜNYA 20 okt 2020, 11:52

Ermənistanda daha 234 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 694-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 101-ə çatıb. İndiyədək 48 734 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 15 859 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top