Ziyafət Əsgərov: "Qətlə yetirilmiş insanlarımızın qisasını Ermənistandan alırıq"

GÜNDƏM 17 oktyabr 2020, 16:10

"Bütün dünya bilməlidir ki, Ermənistanda terror dövlət siyasətidir. Eyni zamanda Ermənistanda faşizm dövlət ideologiyasıdır. Ermənilər müharibə aparmağın qaydalarını bilmirlər, yalnız insanlara qarşı terror törətməyi yaxşı bilirlər". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov bildirib. 


Ziyafət Əsgərov deyib ki, ermənilər hər zaman günahsız insanları qəfil arxadan vurmaqla ad çıxarıblar:


"Diqqət edin, gecə saat 01-02-də insanların şirin yuxuda olduğu vaxt Ermənistan terrorçuları Gəncəyə xain hücum ediblər. Bu alçaqlığı dünyada ancaq ermənilər edə bilərlər. O, kor,kar dünya birliyi görsün ki, Ermənistan kimdir. Çox istərdim ki, dünya Ermənistanın terrorçu əməllərinə nəhayət reaksiya versin. Gəncə terroru bəşəriyyət əleyhinə olan bir cinayətdir. Ermənilər elə hesab edirlər ki, onların bu cinayətləri cəzasız qalacaq. Bu, qətiyyən cəzasız qalmayacaq. Biz yüz faiz torpaqlarımızı işğaldan azad edəcəyik, buna heç kəsin şübhəsi olmasın. Amma erməniləri bu cinayətləri də cəzasız qalmayacaq. Ola bilsin ki, ermənilərin havadarları beynəlxalq müstəvidə onların cinayətlərinin üzərindən görməyib keçsinlər. Amma biz erməniləri mütləq cəzalandıracağıq". 


Deputat qeyd edib ki, terrorçu və faşist Ermənistan mütləq cəzasına çatmalıdır:


"Ermənilər açıq döyüşlərdə kişi kimi müharibə apara bilmirlər. Çünki kişilik anlayışı ermənilərə yaddır. Ona görə də döyüşlərdə öz məğlubliyyətlərinin əvəzini dinc insanlardan çıxmağa çalışırlar. Nəticədə də onlarla dinc insanımız həlak olur. Onların arasında körpə uşaqlar və yaşlı insanlar var. Ermənistanın bu terrorçu addımlarına artıq söz tapa bilmirsən. Hesab edirəm ki, Ermənistanın bir cavabı var. Bu cavab odur ki, Azərbaycan qətlə yetirilən dinc insanlarımızın qisasını döyüş meydanlarında alır və belə də davam edəcək. Torpaqlarımızın işğaldan tam azad olmasına çox az vaxt qalıb. Biz Ermənistana cavabı yalnız döyüş meydanında verəcəyik. Qətlə yetirilmiş insanlarımızın qisasını ermənilərdən mütləq alacağıq. Ermənilər özləri üçün 1915-ci ildə saxta bir soyqırım uydurublar. Əsl soyqırım indi Gəncədə Ermənistan tərəfindən törədilir. Ermənilər 1992-ci ilin fevralında Xocalıda soyqırım törədiblər. İndi də Azərbaycan xalqına qarşı soyqırım törətməkdə davam edirlər. Heç bir silahı olmayan, hərbi döyüşlərdə iştirak etməyən dinc əhaliyə qarşı törədilən cinayətlərin adı nə ola bilər? Terror və soyqırım! Ermənistan da bu cinayətlərlə məşğuldur". 


Z.Əsgərovun sözlərinə görə, Ermənistan Azərbaycan Ordusunun gücünü hələ də həzm edə bilmir:


"Azərbaycan Ordusu qısa müddətdə xeyli əraziləri işğaldan azad edib. Ermənilər bunu həzm edə bilmirlər. Buna görə də Ermənistanın başçısı başını itirib, düzgün qərarlar qəbul edə bilmir. İndi Ermənistanın Azərbaycan Ordusuna gücü çatmır, ona görə də hər vəchlə üçünçü dövləti müharibəyə çəlb etməyə çalışır. Yaxşı, sənin gücün bu idisə, o zaman niyə Azərbaycan torpaqlarını işğal edirdin? Ermənistan elə bilirdi ki, bəzi xarici dövlətlər onları hər zaman açıq müdafiə edəcəklər. İndi Ermənistana dedilər ki, get təkbətək özün vuruş!".


Komitə sədri Ermənistanın Gəncəni vurmaqda əsl məqsədini açıqlayıb:

 

"Ermənistan elə hesab edirdi ki, onlar Gəncədə mülki əhalini vurmaqla təşvişə salacaqlar və xaos yaranacaq. Amma onlar yanılırlar. Əksinə, Ermənistan nə qədər çox mülkü insanlarımıza atəş açırsa, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir o qədər daha sıx birləşir. Çünki bizim işimiz haqq işidir, bu haqq işinin başında isə Ali Baş Komandan cənab İlham Əliyev dayanır. Ali Baş Komandanımız xalqımıza müraciətində bir daha bəyan etdi ki, biz erməni işğalçılarını iti qovan kimi qovacağıq. Ermənistan dinc insanlarımıza nə qədər raket atacaqsa, bir o qədər öz sonunu tezləşdirəcək, Ordumuz onlara daha sarsıdıcı zərbələr vuracaq. Buna xalqımız tam əmin ola bilər".


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top