Rusiyada qeydiyyata alınan yeni növ koronavirus peyvəndinin kütləvi istehsalına başlanılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Rusiyada ilk dəfə COVİD-19-a qarşı vaksin rəsmi şəkildə qeydiyyata alınmışdı. “SPUTNİK V” adlı peyvənd barədə məlumatları Rusiya prezidenti Vladimir Putin vermişdi.