Masallının Böyük Kolatan kənd sakini Mətləb Cəfərov yerli hüquq-mühafizə orqanlarının fəaliyyətindən şikayətçidir.
Demokrat.az xəbər verir ki, o, saytımıza bildirib ki, fevralın 19-da evində saat 20:00-da oğurluq hadisəsi baş verib.
Evindən 60 min manat nağd pul və 5 min manat dəyərində qızıl oğurlanıb. Hadisə barədə polisə də məlumat verilib, alkin hadisədən bir neçə ay keçməsinə baxmayaraq, oğurlar tapılmayıb.
Mətləb Cəfərov deyir ki, oğurluq hadisəsi kameralara da düşüb.
O, hadisənin videogörüntüsünü də saytımıza təqdim edib.(arqument.az)