Salyanda tibbi maskaların tikilməsinə başlanıldı — FOTOLAR

SOSİAL 04 apr 2020, 16:08

Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının təşəbbüsü ilə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanılmışdır.


Bu gündən Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan könüllülərinin təşəbbüsü və Peşə Liseyinin təşkilatçılığı ilə, əhalinin tibbi maskalarla təmin edilməsi üçün liseyin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən təmənnasız tibbi maskaların tikilməsinə başlanılmışdır. 


Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir. 


Hazırlanan tibbi maskalar  əhaliyə pulsuz paylanılacaqdır. Bu təşəbbüsə həvəslə qoşulan YAP-nın Salyan rayon təşkilatının sədr müavini, Peşə Liseyinin direktoru Razıgül Dadaşova və onun kollektivinə, YAP-Salyan rayon təşkilatı fəalı  Sevinc Büyatova və Xanım Qədirovaya  minnətdarlığımızı bildiririk.

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 dek 2020, 11:39
Top