Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var — AÇIQLAMA

SOSİAL 29 mart 2020, 11:48

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.

 

Bu barədə Pravda.az-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

 

E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 15:57
19 oktyabr 2025, 14:35
19 oktyabr 2025, 13:39
19 oktyabr 2025, 12:59
19 oktyabr 2025, 12:30
Top