Bakı metrosunda SIXLIQ — Xüsusi karantin rejimi pozuldu

HADİSƏ 29 mar 2020, 09:40

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib. Tələblərdən biri də Bakı Metropoliteninn müəyyən saatlarda işləməsidir. 

 

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.


Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır. 


Xatırladaq ki, koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq xüsusi karantin rejimi martın 29-u saat 00:00-dan etibarən gücləndirilib. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top