Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.
Demokrat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Belə ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasında səyahət məhdudlaşdırılıb və buna görə matçların təxirə düşməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Avroliqasının nəzərdə tutulmuş hər iki oyunu sabah keçirilməli idi.