Azərbaycan Premyer Liqasında XXXV turun daha üç oyunu keçiriləcək

İDMAN 18 may 2024, 10:13
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turunda bu gün daha üç oyun keçiriləcək.

Demokrat.az xəbər verir ki, qarşılaşmalardan ikisi Bakıda, biri isə Tovuzda baş tutacaq.

“Sabah” klubu “Sumqayıt”ı, “Səbail” “Neftçi”ni qəbul edəcəksə, “Zirə” “Kəpəz”in qonağı olacaq.

Hazırda “Sumqayıt” 54 xalla turnir cədvəlində ikinci, “Neftçi” 53 xalla üçüncüdür. “Zirə” 52 xalla dördüncü pillədə qərarlaşıb. Yeddinci yerdə olan “Səbail”in 42 xalı var.

Azərbaycan Premyer Liqası

XXXV tur

18 may

17:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.

Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bank Respublika Arena

17:00. “Səbail” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
ASCO Arena

17:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu

Turun ötən gün baş tutan qarşılaşmasında “Qarabağ” “Turan Tovuz”u 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, XXXV turun sonuncu - “Qəbələ” - “Araz-Naxçıvan” matçı mayın 19-da keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top