"Neftçi" klubunun rəsmiləri 16 milyon manatlıq vəsaitin ayrılması ilə bağlı Azərbaycan mediasında yayılan xəbərləri yalanlayıblar.
"Neftçi" futbol klubunun mətbuat katibiEmin Əfəndibu barədəOxu.Az-aaçıqlamasında bildirib.
"Biz hələ mövsümü başa vurmamışıq. Yeni mövsümə başlayanda bu barədə düşünəcəyik. Onsuzda hər mövsümün sonunda belə xəbərlər yayılmağa başlayır. Hazırkı çempionat başa çatmadan yeni mövsüm haqqında düşünmək doğru olmaz".

