Bu gün Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.