Rusiyanın 4-cü Qvardiya Motosikletli Piyada Briqadasının komandiri, general-mayor Anton Qrunis Ukraynanın pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Qrunis sentyabrın 12-də Donetsk vilayətinin Rusiya nəzarətində olan hissəsində gecə saatlarında keçirilən PUA hücumu zamanı öldürülüb. Hücumun 427-ci Pilotsuz Sistemlər Briqadasının “Rarog” bölməsi tərəfindən həyata keçirildiyi açıqlanıb.
Generalın ölümünü Rusiyanın “Axmat” xüsusi təyinatlılarının komandiri, general-leytenant Apti Alaudinov da təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı ayrıca açıqlama verməyib.
Qrunis ölümündən cəmi bir neçə həftə əvvəl Rusiyanın ən yüksək hərbi mükafatlarından biri olan “Rusiya Qəhrəmanı” adına layiq görülüb. Avqustun 27-də müdafiə naziri Andrey Belousov ona “Qızıl Ulduz” medalını təqdim edib.
General iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətindəki Kostyantınivka ilə bağlı hərbi əməliyyat barədə məruzə etmişdi. Rusiya tərəfi şəhərin nəzarətə götürüldüyünü bildirsə də, Ukrayna bu iddianı rədd edib və şəhərin tam nəzarətdə olmadığını açıqlayıb.
Qrunisin ölümü Rusiya ordusunun yüksək rütbəli zabitlərinə qarşı son illərdə həyata keçirilən hücumları yenidən gündəmə gətirib. Müharibə başlayandan sonra general Andrey Suxovetski, Roman Kutuzov, Sergey Qoryaçev və Oleq Tsokov kimi yüksək rütbəli rusiyalı hərbçilər də döyüşlər və zərbələr nəticəsində həlak olublar.
Cəbhədən kənarda da Rusiya hərbi rəhbərliyinə qarşı hücumlar qeydə alınıb. 2024-cü ilin dekabrında Rusiyanın nüvə, bioloji və kimyəvi müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillov Moskvada partlayış nəticəsində öldürülüb. 2025-ci ilin aprelində isə Baş Qərargahın Baş Əməliyyatlar İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik Moskva yaxınlığında avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Brovdi Qrunisi bu qüvvələrin zərbələri nəticəsində öldürülən briqada, diviziya və ya ordu səviyyəli yeddinci rusiyalı komandir kimi təqdim edib. Bu rəqəm Ukrayna tərəfinin açıqlamasına əsaslanır.

Jalə
Demokrat.az