Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR (FOTOLAR)

HADİSƏ 23 yanvar 2020, 12:25

110 saylı Zaqatala seçki dairəsindən Parlament seçkilərində namizədliyini irəli sürən Nurlana Cəlil həmin dairədən rəqibi olan Elşən Musayev və Prezidentin sabiq köməkçisi Əli Həsənovla bağlı sensasion ittihamlar səsləndirib. 


Demokrat.az xəbər verir ki, Nurlana Cəlil  özünün feysbuk səhifəsində Elşən Musayevin hələ də Əli Həsənov tərəfindən himayə olunduğunu bildirib. 


Nurlana Cəlilin fikirlərini təqdim edirik: 


"İpin ucunu tutmuşam, corab söküyü kimi gedəcək...


Qeyd: Uzun yazıdı, vaxtınızı ayırdığınız üçün minnətdaram.


28.12.2019 tarixindən bu yana namizədliyimin qeydə alınması üçün apardığım mübarizə ilə paralel olaraq, Türkiyə ordusunun Suriya Respublikasının ərazisində apardığı hərbi əməliyyata dair tənqidi 2 cümləmin səfsətəsinə və “terrorist”, “separatçı”, “dövlət düşməni”, “vətən xaini” və s. kimi səfeh fikirlər yayan müxənnət ordusunun kiber bullinqinə səssizcə dözməli oldum. Mənə qarşı qəsdən başladılan və davam etdirilən qanunsuz və heç bir siyasi etikaya sığmayan kustar müdaxilənin qaynağını nəhayət ki, tapdım. 2 həftədən çox çəkdi, ancaq baş verənləri sakitcə izləyərək müxənnətlərin tələyə düşməsini gözləməli və bu şəbəkənin üzvlərini müəyyən etməli idim. Təəssüf ki, digərlərinə bulaşdıqları kimi mənə də öz iyrənc əllərini uzatdılar və onlara dəyərli vaxtımdan ayırmağa məcbur qalıram indi. Borcunuz olsun!

 

Əli Həsənov üçün şəkil nəticəsi


Fərdi araşdırmalarıma əsasən, Əli Həsənovun Almaniyada yerləşdirdiyi, saxta mühacirlik alverində birbaşa iştirak etdiyi iddia edilən saxta jurnalist və saxta mühacir Aybəniz Ağayarovanın Zaqatala qruplarında ləyaqətimi və nüfuzumu alçaldan paylaşımlarının sifarişçisi keçmiş trol və buraxılmış saxta deputat Elşən Musayev və onun mediadakı dəstəkçilərinin olduğunun izinə düşdüm. Görünür ki, saxta deputat Elşənə məhz mənim namizədlik irəli sürməyim bərk yer edib və guya məni zərərsizləşdirib ortadan çıxarmaq istəyir. Amma başından böyük qələt edib ki, mənim quyruğuma basıb, məni Ağayarovalarla, öz trol yoldaşları ilə və şəxsən özü ilə səhv salıb.


İndi keçim daha detallı izaha


Son günlər idmançımız Fəridə Əzizovaya qarşı başladılmış ibtidai kampaniyanın, o cümlədən, haqqımda şər yayan media portallarının qaynağına, Zaqatalada İcra Hakimiyyəti tərəfindən aşkarca dəstəklənən namizədin siyasi mənsubiyyətinə diqqətinizi çəkmək istəyirəm. Kim qarayaxma edir, o şəxsin profilinə (çoxu saxta trol hesabıdı), o medianın sahibinin havadarına, onu dəstəkləyənlərə və əhatəsinə diqqət edin! Bu zinciri görəcəksiniz.


Mənim məsələmdəki bu zincirə aid oyunçuları təqdim edim;


Aybəniz Ağayarova sosial media hesabında özünü bu günlərə qədər Almaniyada Diakonie RWL və jurnalist olaraq OK4 Koblenz kanalında işləyən kimi təqdim edirdi. Necə olubsa, artıq bu yerlərin adını profilindən yığışdırıb (Aşağıdakı fotolara baxa bilərsiniz). Bilir ki, o yerlərə də haqqında sorğu göndərəcəm. Ağayarova Əli Həsənovun Almaniyada yerləşdirdiyi trollardan biridir və saxta mühacirlik alverində əlbir olmaqda ittiham edilir. Almaniyanın federal qurumuna da jurnalist kimi polis bölməsində döyüldüyünə dair saxta həkim sənədləri təqdim edib. Heyif ki, istintaq davam etdiyindən o saxta sənədlərin surətini yayımlamaq mümkün deyil. Əli Həsənovun göndərdiyi saxta mühacir Ağayarova necə olubsa, Berlindən Zaqatalaya dil uzatmaq və məni qaralamaq cəsarəti tapıb özündə. Görəsən, onu qaza gətirən kimidir?


Elşən Müsayev özünü hələ də siyasi təhlilçi kimi qələmə verir (Uydurmuram, Müsavat qəzetinin onun təbliğini aparan yazıya istinad edirəm: 

https://musavat.com/…/elsen-musayev-zaqatalada-qapi-qapi-su…. Bu arada, yoldaşlar, Elşənin fotolarının arasında səhvən Tovuzdan deputatlığa namizəd Qənirə Paşayevanın şəkilini yerləşdirmisiniz. İş görəndə tələsməyin :) ). 


Saxta deputat illərdi Əli Həsənovun sifarişi ilə özünün bisavad yazıları və səfeh danışıqları ilə insanları qaralayır, şərləyir, “radikal müxalifət” deyərək çərənləyir. 

 

Elşən Musayev üçün şəkil nəticəsi


Əli Həsənova dair mədhiyyələri hələ yalnız 3 xəbər platformasında qalsa da (link şərhdədir), başqa mədhiyyələrinə öz hesabında və digər saytlarda rast gəlmək mümkün deyil artıq. Əli Həsənov vəzifəsindən azad edilən kimi onun haqqında olan yazılarını və paylaşımlarını sildi və sildirdi. Aşağıda bir foto paylaşacam, riyarkarlıq nümunəsinə bir göz atarsınız.


Musayevin dəstəkçiləri Ağayarova vasitəsi ilə Berlindən Zaqatalaya qarayaxma sifarişi verdikdə bilməli idi ki, sadəlövhcə məni uzaqlaşdıracağını və seçicilərimin mənə qarşı qaldırmağa bacaracağını düşünmələri çox primitivdir. Ac toyuq yuxusunda darı görər!


Əgər bu hökumət Elşən Musayevi, onun mətbutda olan dəstəkçilərini hələ də yararlı hesab edib, onun saxta yollarla seçilməyini təşkil edirsə, bu, hökumətin çökməyə məhkum olmasının sübutudur. Elşən Musayevin yenidən havadar axtarışına çıxması, yazılarını sildirərək keçmişini gizlətməyə çalışması görməzdən gəlinir. Budur islahat?


Əziz seçicilərim,


Bu oyunlar və mənə qarşı olan qarayaxma məni sizdən uzaqlaşdırmaq və sizi mənə qarşı qaldırmaq məqsədi daşıyırdı. Buna nail olmadılar və olmayacaqlar. Gəlin, mənə kömək edin, bu saxta deputat Elşənin keçmiş 5 il ərzində həll etmədiyi problemləri sizinlə birgə ifşa edək və həll edək. İmkan verməyək ki, biz zaqatalalıların iradəsi və ləyaqəti ilə oynamağa bu dəfə də cəsarət etsinlər.


Gör, məni qaralamaq üçün bu yollara əl atan saxtakar Elşən, təkrar deputat kürsüsündə köndələn yatmağa başladıqda biz zaqatalalılara nələr çəkdirər. Bir yaralı barmağa məlhəm ola bilməyən Elşənin istifadə müddəti artıq bitmişdir! Sizin Nurlana isə #SəsimizÇıxsın deyə yola davam edir.


Sevgilər

Sizin Nurlana".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 10:43
Top