Gündəm

Laləlikdə maşın sürənləri polis saxladı — VİDEO (YENİLƏNİB)

Laləlikdə maşın sürənləri polis saxladı — VİDEO (YENİLƏNİB)

Yaşıllıq sahələrində avtomobil idarə edən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla sürücülər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, sosial media səhifələrində Naxçıvanda “Toyota” və “Niva”, Bərdədə isə “Mersedes” markalı avtomobillərlə laləlikdə hərəkət edən sürücülərin görüntüləri yayılıb.

Görüntülər vətəndaşlar tərəfindən qınaqla qarşılanıb.(qafqazinfo.az)

xxx

Yaz aylarında Azərbaycanın dağları və düzənlikləri rəngbərəng lalələrlə xüsusi gözəlliyə bürünür. Sosial şəbəkələrdə vətəndaşların lalə tarlalarında çəkdirdiyi görüntülər geniş maraqla qarşılanır, təbiətin bu nadir mənzərələri böyük rəğbət qazanır.

ANZ.AZ-a göndərilən görüntülər sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Bərdə və Naxçıvanda çəkilən videolarda avtomobillərin lalələrin üzərindən keçərək onları əzdiyi görünür. Paylaşılan görüntülər izləyicilər tərəfindən ciddi etirazla qarşılanıb.

Təbiətsevərlər bildirirlər ki, bu cür davranışlar yalnız ekoloji zərər yaratmır, eyni zamanda insanların qorumağa çalışdığı təbii gözəlliklərə qarşı məsuliyyətsiz münasibətin göstəricisidir.

Qeyd edək ki, yaz mövsümündə Azərbaycanın müxtəlif bölgələrində açan lalələr həm yerli sakinlərin, həm də turistlərin ən çox maraq göstərdiyi təbii mənzərələridir.

@anz.az_

Gözəlliyi məhv edən məsuliyyətsizlik Yaz aylarında Azərbaycanın dağları və düzənlikləri rəngbərəng lalələrlə xüsusi gözəlliyə bürünür. Sosial şəbəkələrdə vətəndaşların lalə tarlalarında çəkdirdiyi görüntülər geniş maraqla qarşılanır, təbiətin bu nadir mənzərələri böyük rəğbət qazanır. ANZ.AZ-a göndərilən görüntülər sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Bərdə və Naxçıvanda çəkilən videolarda avtomobillərin lalələrin üzərindən keçərək onları əzdiyi görünür. Paylaşılan görüntülər izləyicilər tərəfindən ciddi etirazla qarşılanıb. Təbiətsevərlər bildirirlər ki, bu cür davranışlar yalnız ekoloji zərər yaratmır, eyni zamanda insanların qorumağa çalışdığı təbii gözəlliklərə qarşı məsuliyyətsiz münasibətin göstəricisidir. Qeyd edək ki, yaz mövsümündə Azərbaycanın müxtəlif bölgələrində açan lalələr həm yerli sakinlərin, həm də turistlərin ən çox maraq göstərdiyi təbii mənzərələridir. Əli Yarıyev

♬ orijinal ses - Af sounds

NE
Nihadə Eyyubova