Hadisə

Paytaxtda bıçaqlanma: bir nəfər xəsarət alıb

Paytaxtda bıçaqlanma: bir nəfər xəsarət alıb

Bakının Xətai rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az-ın xəbərinə görə, hadisə Xətai metrostansiyasının qarşısında qeydə alınıb.

1975-ci il təvəllüdlü Məmmədli Elvin Nuru oğlu mübahisə zamanı hər iki ayağından bıçaqlanıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Demokrat.az

NE
Nihadə Eyyubova