Rusiya ilə aramızda düşmənçilik elementləri yoxdur — Deputat

SİYASƏT 09 oktyabr 2025, 14:40
“Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşünün ölkələrimiz arasında olan anlaşılmazlığın aradan qaldırılmasında rol oynayacağını düşünürəm”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər normal, mehriban qonşuluq münasibətləridir:

“Düzdür, bir-iki məsələdə bizim hələ müzakirə edəcəyimiz mövzular var. Amma bununla belə biz də kəskin qarşıdurma, yaxud düşmənçilik elementləri yoxdur. Vaxtaşırı rəsmi görüşlər olur, prezidentlər görüşürlər. Prezidentimizin zəng edərək Putini ad günü münasibəti ilə təbrik etməsi onun diplomatik etiket qaydalarına həmişə riayət etməsindən xəbər verir. Digər tərəfdən, biz qonşu dövlətlərik və mehriban formada yaşamalıyıq. Rusiyanın da Azərbaycanla yaxşı münasibətlərin olmasında marağı var”.  

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 17:36
Top