Türkiyədə məşhurlar saxlanıldı: Hadise, İrem Derici... — TAM SİYAHI (YENİLƏNİB)

DÜNYA 08 oktyabr 2025, 10:11
Türkiyədə Hadise, Mert Yazıcıoğlu, Demet Evqar və Özge Özpirinççi də daxil olmaqla, 19 məşhur barəsində narkotik ittihamı üzrə saxlanılma qərarı verilib.

Bu barədə Demokrat.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə cinayəti üzrə bir çox şəxslərə qarşı əməliyyat keçirilib ki, onların arasında bir çox tanınmış simalar da yer alıb.

Əməliyyat zamanı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger ve Ceren Moray Orcan ifadələrinin alınması və qan nümunələrinin götürülməsi üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb.

Məlum olub ki, istintaq bəzi şübhəlilərin narkotik maddədən istifadə etdiyinə dair əldə edilən dəlillər əsasında başlayıb.

Prokurorluqdakı mənbələr bildiriblər ki, istintaq çoxşaxəli şəkildə davam etdirilir.

***
09:14

Türkiyəli məşhur müğənni İrem Derici saxlanılıb.


Demokrat.az xəbər verir ki o, bu gün səhər saatlarında evində tutulub.

Onun “Narkotik maddə istifadəsinə təşviq etmək” ittihamı tutulduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 09:35
08 oktyabr 2025, 09:07
Top