“1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumun birinci günündə İqtisadiyyat Nazirliyi də məlumat verdi – təxminən 5,5 milyardlıq dəyəri olan sazişlər imzalanıb”.
Bunu iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, son dövrlərdə Azərbaycanın geostrateji mövqeyinin, həmçinin dünyanın ən böyük iqtisadiyyatları hesab olunan ABŞ və Çinin Azərbaycana göstərdiyi maraqdır:
“Azərbaycan ərazisinin məhz transmilli logistik dəhliz kimi dəyərləndirilməsinin göstəricisidir. Təbii ki, bu fonda forumun əhəmiyyəti Azərbaycanın investisiya cazibədarlığını artırır. Hazırda bir çox, o cümlədən iqtisadi cəhətdən inkişaf etmiş ölkələr, regionda və Azərbaycan ərazisində investisiya siyasətinin həyata keçirilməsində maraqlıdır. Çünki bu, uzunmüddətli, dayanıqlı və perspektivli bir fəaliyyətə start verilməsi ümidini əsaslı şəkildə ifadə edir. Forum özü əhəmiyyətlidir, amma bu forumdan əvvəl baş verən proseslər artıq Azərbaycanın bu istiqamətdə cazibədarlığını formalaşdırıb. Bu forum artıq icra mexanizmi olan bir platformaya çevrilib. Bu, forum hərtərəfli şəkildə ölkəmizin beynəlxalq arenada nüfuzunun dayanıqlı şəkildə artmasına xidmət edir”.
Leyla Turan
Demokrat.az