ABŞ lideri Əfqanıstanı hədələdi — FOTO

DÜNYA 21 sentyabr 2025, 10:57
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Əfqanıstan hakimiyyəti Baqram aviabazasına nəzarəti Birləşmiş Ştatlara qaytarmaqdan imtina edərsə, bu ölkə pis nəticələrlə üzləşəcək.

Demokrat.az bildirir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" platformasında yazıb.

"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə - ABŞ-yə qaytarmasa, pis nəsə baş verəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Tramp ABŞ hakimiyyətinin Əfqanıstan nümayəndələri ilə hava bazası məsələlərini müzakirə etdiyini bəyan etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 09:29
21 sentyabr 2025, 09:13
Top