Brüssel hava limanı uçuşların yarısını ləğv edir

DÜNYA 20 sentyabr 2025, 23:21
Brüssel hava limanı kiberhücumdan sonra davam edən fasilələr səbəbindən sentyabrın 21-nə planlaşdırılan uçuşların yarısının ləğv edilməli olacağını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla, Avropanın bir neçə hava limanına kiberhücum baş verib. Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edib, bir çox uçuşların gecikməsi və ləğvinə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 00:11
Top