İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib

DÜNYA 20 sentyabr 2025, 22:36
"Aİ3"ölkə"lərinin (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləri səbəbindən Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığı dayandıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Vurğulanıb ki, İran Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli ilə bağlı planların təqdim olunmasına baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən qurumla əməkdaşlıq dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top