Ermənistan üçün Türkiyə ilə sərhədin açılmasının əsas faydası AÇIQLANDI

DÜNYA 20 sentyabr 2025, 22:59
"Ankara ilə münasibətlərinin normallaşması halında Ermənistan üçün əsas fayda Türkiyənin Aralıq dənizi limanlarına çıxış olacaq".

Demokrat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının qurultayından sonra keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki ölkə arasında sərhədin açılmasından sonra bir sıra idxal mallarının qiymətləri aşağı düşəcək.

"Ən böyük fayda Türkiyənin Aralıq dənizi limanlarına çıxış olacaq. İndiyədək bu çıxışın olmaması Ermənistana idxal olunan malların dəyərini əhəmiyyətli dərəcədə artırır və ixracın rəqabətqabiliyyətliliyini azaldır", - deyə nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 00:11
Top