Formula 1: Onun nəticəsi ləğv edildi — RƏSMİ

İDMAN 21 sentyabr 2025, 10:14
Esteban Okon texniki səbəbdən sıralama turunun nəticələrindən silinib.

"Alpin" komandasının pilotu Esteban Okon Azərbaycan Qran-Prisinin sıralama turundan sonra protokoldan kənarlaşdırılıb.

Demokrat.az xəbər verir ki, fransalı sürücünün bolidi sessiya bitdikdən sonra texniki baxışdan keçməyib.
 
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasına əsasən, Okonun maşınının arxa qanadı əyilmə testindən uğursuz çıxıb və normadan artıq elastik olduğu müəyyən edilib.

Bu qərara əsasən, Okon bugünkü yarışa start düzülüşünün ən sonuncu - 20-ci pilləsindən başlayacaq. Halbuki o, sıralama turunu 18-ci yerdə tamamlamışdı.

Xatırladaq ki, sıralama turunun qalibi "Red Bull" komandasının sürücüsü Maks Ferstappen olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 09:29
21 sentyabr 2025, 09:13
Top