Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İDMAN 21 sentyabr 2025, 09:37
Misli Premyer Liqasında bu gün V tura iki oyunla yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək.

"Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

"Araz-Naxçıvan" 10 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. Səkkizinci yerdə olan "Qarabağ"ın isə 4 xalı var.

Turun son görüşü Sumqayıtda keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu matçı Elçin Məsiyev idarə edəcək.

"Sumqayıt" 10 xalla ikinci yerdədir. 11-ci pillədə qərarlaşan "Neftçi" isə 4 xala malikdir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 09:29
21 sentyabr 2025, 09:13
Top