Ukrayna bu kəndi işğaldan azad etdi

DÜNYA 08 sentyabr 2025, 10:30
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində bir neçə yaşayış məntəqəsində irəliləyiş əldə edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Deep State" analitik layihəsi məlumat verib.

Məlumata görə, hərbçilər Vladimirovka kəndini tam nəzarətə qaytarıblar.

Bundan başqa, Ukrayna ordusu “boz zona”nı genişləndirib. Söhbət tərəflərin mövqelərinin sərhədlərinin tam müəyyən edilmədiyi Razino, Novotoretskoye və Zolotoy Kolodez ətrafı ərazilərdən gedir.

Ukrayna Müdafiə Qərargahı bildirib ki, müdafiə qüvvələri Zareçnoye kəndini də azad edib:

Digər tərəfdən, Rusiya ordusu Serebryansk meşəsindən hücumları gücləndirib. Bildirilir ki, burada onların nəzarət zonası təxminən 500 metr eninə və dərinliyinə doğru genişlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top