Tokayev xalqa müraciət edəcək

DÜNYA 08 sentyabr 2025, 09:14
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edəcək.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat paylaşıb.

Prezidentin çıxışı Bakı vaxtı ilə saat 10:00-da respublika televiziyalarında, eləcə də "Akorda"nın rəsmi sosial media səhifələrində canlı yayımlanacaq.

Tokayevin müraciətində mövcud siyasi durum və iqtisadi vəziyyətlə bağlı mühüm açıqlamalar verəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top