"Kriptovalyutalar qeyri-qanuni əməliyyatlarda istifadə olunur" — AÇIQLAMA

MALİYYƏ 27 avqust 2025, 15:51
“Kriptovalyutalar çox spekulyativdir və tez-tez müxtəlif qeyri-qanuni əməliyyatlarda istifadə olunur”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, dünyada kriptovalyutanı cəlbedici edən məhz qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslərin pul dövriyyəsi və satışları üçün əlverişli olmasıdır:

"Kriptovalyutaların bu dərəcədə populyar olması onun anonimliyi və yayılma imkanlarının çoxluğu ilə əlaqədardır.
Azərbaycanda hələ ki, kriptovalyutaları tənzimləyən silsilə qanunverici aktlar yoxdur. Amma düşünürəm ki, gələcəkdə prezident səviyyəsində belə qanunlar qəbul oluna bilər. Buradakı əsas problem ondan ibarətdir ki, əgər anonimlik itirilərsə, kriptovalyutanın cazibəsi də azalacaq. Bu halda Azərbaycan vətəndaşları əməliyyatlarını Azərbaycan üzərindən yox, başqa ölkələr üzərindən həyata keçirməyə çalışacaqlar".

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top