Məcburi köçkünlər bu şərtlə yaşadıqları evdən çıxarıla bilər — Vəkildən AÇIQLAMA

GÜNDƏM 26 avqust 2025, 15:30
"Qanunvericilikdə otuz ildən artıq bir evdə yaşamağın həmin evin sahibinə çevrilmək hüququ yaratdığına dair bir norma yoxdur. Əgər məcburi köçkünlərə dövlət tərəfindən ev verilibsə və onların yaşadıqları ev artıq qaytarılmalıdırsa, bu halda onlar həmin evdən çıxmalıdırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib. 

O bildirib ki, əgər çıxmaqdan imtina edirlərsə, ev sahibi məhkəməyə müraciət etməlidir:

"Məhkəmə qaydasında “çıxarılma” (köçürülmə) iddiası qaldırılmalı və məhkəmə qərarı ilə bu proses həyata keçirilə bilər.  

Əsas şərt odur ki, həmin şəxslərə yaşamaq üçün başqa yer - yəni dövlət tərəfindən ayrılmış ev təqdim olunmuş olsun. Bu halda qanuni əsaslarla çıxarılmaları mümkündür".

Qeyd edək ki, başqasının evində uzun illərdi məskunlaşan məcburi köçkün ailə evdən çıxmaq üçün həmin şəxsdən 20 min manat pul tələb edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top