Goranboyda avtomobil aşdı: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

HADİSƏ 26 avqust 2025, 10:25
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Avqustun 26-sı saat 01:10-da Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1996-cı il təvəllüdlü şəxsə başın və döş qəfəsinin dəqiqləşdirilməmiş travması diaqnozu təyin olunub.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, deyə məlumatda qeyd olunub.

***
08:30

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Naftalan-Goranboy avtomobil yolunun Goranboy rayonu Xanqərvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xanqərvənd kənd sakini Fuad Cabbar oğlu Zeynalov idarə etdiyi "Hyundai ix35" markalı, 22-BO-207 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sərnişini Aynur Məzahir qızı Həsənova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 10:52
26 avqust 2025, 09:58
Top