Xərçəng xəstələrinin sayı buna görə artırmış — Həkim səbəbləri açıqladı

GÜNDƏM 14 avqust 2025, 21:15
“Azərbaycanda xərçəng hallarının artması təkcə xəstəliyin çoxalması ilə deyil, həm də diaqnostika imkanlarının yaxşılaşması ilə bağlıdır. Ötən il tibb müəssisələrində qeydiyyatda olan xərçəng xəstələrinin sayı 78 875 nəfər olub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında onkoloq Rəşad Əliyev deyib. 

O bildirib ki,  son illər müasir görüntüləmə və laborator müayinələr daha əlçatan olub:

“Skrininq proqramları genişlənib. Bu səbəbdən əvvəllər gec aşkarlanan və statistikaya düşməyən halların çoxu indi erkən mərhələdə müəyyən olunur. Digər tərəfdən, əhalinin yaşlanması, siqaret və qeyri-
sağlam qidalanma kimi həyat tərzi faktorları, eləcə də ekoloji təsirlər riski artırır. Qadınlarda göstəricinin yüksək olması isə əsasən süd vəzi, qalxanabənzər vəzi və yumurtalıq xərçəngi hallarının çoxluğu ilə bağlıdır. Bununla yanaşı qadınlar müayinəyə daha tez müraciət edirlər. Əsas hədəf profilaktika, sağlam həyat tərzinin təşviqi və müntəzəm müayinələrin gücləndirilməsi olmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 avqust 2025, 23:06
14 avqust 2025, 20:57
Top