"Zəngəzur dəhlizi ilk növbədə ölkəmizin əsas ərazisini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə bütün ərazimizin fiziki birliyini və tamlığını təmin edəcək".
Bunu Demokrat.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, bu, ölkə daxilində insanların, mal və məhsulların sərbəst hərəkətinə, Naxçıvanla ölkənin digər bölgələri arasında maneəsiz nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq:
"Digər tərəfdən, Zəngəzur dəhlizi türk dünyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradır ki, bu da türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsinə və vahid türk geo-siyasi, iqtisadi və mədəni məkanının formalaşmasına əlverişli zəmin yaradır".
Onun sözlərinə görə, Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir:
"Bu isə Qərblə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin daha da canlanmasına, Azərbaycanın da Yeni İpək yolu üzərində nəqliyyat-tranzit proseslərinə daha fəal qoşulmasına və faydalanmasına gətirib çıxaracaq.Beləliklə, Zəngəzur dəhlizi milli, regional və beynəlxalq səviyyələrdə bütün dünyanın maraqlarına cavab verir. Qlobal miqyaslı belə bir ciddi transformasiya məhz Azərbaycanın istəyi və tələbi ilə həyata keçirilir ki, bu da Azərbaycan prezidentinin uzaqgörən və dərin düşünülmüş siyasətinin nəticəsidir".
Əfsanə Kamal
Demokrat.az